25 oktyabr 2025 14:19
139

Sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.