25 oktyabr 2025 17:58
97

MPL: "Araz-Naxçıvan" – "Sabah" yarışında 4 qol, 1 xal

Misli Premyer Liqasının 9-cu turunda "Araz-Naxçıvan" "Sabah"la qarşılaşıb.

İki sahil”in məlumatına görə, oyunun 54-cü dəqiqəsində Stiv Solvet baş zərbəsi ilə qopu qapıdan keçirib. “Araz-Naxçıvan” futbolçularının bərabərlik qolunu 58-ci dəqiqədə İssuf Paronun baş zərbəsi ilə vurublar – 1-1.

73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Coy Lens Mikels “Sabah”ı yenidən hesabda önə çıxarsa da 90+8-ci dəqiqədə Simakala bərabərlik qolunu vurub - 2-2.

Yarış bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

9-cu tur

25 oktyabr (şənbə)

16:00. “Araz-Naxçıvan” 2–2 “Sabah”

Qollar: Stiv Solvet, 54 (0-1), İssuf Paro, 58 (1-1), Coy Lens Mikels, 73-pen. (1-2), Simakala, 90+8 (2-2)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Liv Bona Dea Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”