27 oktyabr 2025 03:44
111

"Formula-1": Meksika Qran-prisinin qalibi məlum oldu

"McLaren" pilotu Lando Norris "Formula-1" üzrə 2025-ci il dünya çempionatının 20-ci mərhələsi sayılan Meksika Qran-prisinin qalibi oldu.

“İki sahil” xəbər verir ki, yarış Rodriges qardaşları avtodromunda baş tutub.

"Ferrari" pilotu Şarl Lekler ikinci yeri tutub. "Red Bull" pilotu Maks Ferstappen isə ilk üçlüyü qapayıb.

Beləliklə də, Norris 357 xal toplayaraq, ümumi sıralamada birinci yerə çıxıb. O, Meksikada beşinci olan komanda yoldaşı Oskar Piastrini geridə qoyub. Sonuncunun hazırda 356 xalı var.