27 oktyabr 2025 10:40
96

Andrade “100”ə çatdı

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

İki sahil” Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/21 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib,  “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.