Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 27-də 374 milyon 993 min 291 kVt/saat həcmində sifariş alınıb.
“İki sahil” TAP-ın elektron platformasına istinadən xəbər verir ki, bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 2,19 % çoxdur.
Kipoi çıxış nöqtəsindən oktyabrın 28-dən noyabrın 3-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, oktyabrın 21-nə və 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,78 % azdır. Oktyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 10,37 % isə azdır. Oktyabrın 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,79 %, oktyabrın 25-də olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,65 % azdır. Oktyabrın 25-də olan sifariş göstəriciləri ilə müqayisədə təxminən isə 11,72 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 27-dan noyabrın 3-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 27-dan noyabrın 3-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 27-də 312 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 3,15 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 28-dən 31-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 21-ə və 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,35 % azdır. Oktyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 11,05 %, oktyabrın 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,65 % azdır.
Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 1-nə və 2-nə 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 25-ə olan sifariş göstəriciləri ilə müqayisədə 11,11 %, oktyabrın 26-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 8,15 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
bp dərinsulu quyulara müdaxilə sahəsində ən qabaqcıl texnologiyanı Xəzərə gətirir
Monitorinq və qiymətləndirmə prosesi Türkiyə Prezident Administrasyasının departament rəhbərinə təqdim olunub
“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib
Şəki şəhərində Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib