Küveyt Ərəb İqtisadi İnkişaf Fondu (Küveyt Fondu) 2024-cü il üçün Ərəb Dünyasında ən yaxşı sosial-iqtisadi layihə üçün Əbdüllətif Yusif Əl-Həməd Mükafatını qazanıb. Fond bu mükafatı Misirdə təxminən 416 milyon dollara başa gələn Bəhr Əl-Bəqar layihəsinin maliyyələşdirilməsinə görə alıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Layihə Süveyş Kanalının şərqindəki əkin sahələrinin suvarılması üçün gündə 5 milyon kubmetrə qədər suyun təmizlənməsini və təkrar istifadəsini hədəfləyir.
Su təmizləyici qurğuların tikintisinə əlavə olaraq, proqrama kənd təsərrüfatı ehtiyatlarının yaradılması, kənd təsərrüfatı emalı qurğuları və heyvandarlığın inkişafı daxildir.