28 oktyabr 2025 12:28
116

Son 5 ildə Azərbaycan sığorta bazarında orta illik artım 10 % təşkil edib

Son 5 ildə Azərbaycan sığorta bazarı orta hesabla 10 % civarında artım nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də deyib.

Onun sözlərinə görə, bu artım göstəriciləri həyat və qeyri-həyat sığorta şirkətləri üzrə fərqli templərlə müşahidə olunub:

"Təbii ki, həyat və qeyri-həyat sığorta şirkətlərinin inkişaf dinamikasında müəyyən fərqlər var. Xüsusilə son illərdə həyat sığorta şirkətlərinin aktivlərində daha yüksək artım tempi qeydə alınıb", - P. Bənnayev bildirib.

O əlavə edib ki, hazırda sığorta bazarında yığımların əsas hissəsi həyatın yaşam sığortası (investisiya yönümlü məhsul), avtonəqliyyat vasitələrinin icbari sığortası və icbari tibbi sığorta məhsulları üzrə formalaşır.