Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə tamamlamışdır.
Əmək fəaliyyətinə 2009-cu ildə başlamış, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcə nəzarəti və risklərin idarə olunması üzrə dərin təcrübə qazanmışdır. 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik etmiş, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
Yuliya Pasternak maliyyə və idarəetmə sahəsində beynəlxalq səviyyədə tanınan ixtisasartırma proqramlarını uğurla tamamlamışdır. Beynəlxalq Maliyyə Hesabatlığı Standartları (IFRS) üzrə qabaqcıl biliklərə yiyələnmiş, vergi qanunvericiliyi və onun tətbiqi sahəsində aktual yanaşmaları mənimsəmişdir. Eyni zamanda, Almaniyada təşkilati inkişaf və innovasiya menecmenti üzrə beynəlxalq proqramlar çərçivəsində idarəetmədə müasir metodların tətbiqi üzrə bilik və bacarıqlarını təkmilləşdirmişdir.
Yuliya Pasternakın çoxşaxəli idarəçilik və təcrübəsi, dövlət və özəl sektorda həyata keçirdiyi səmərəli idarəetmə fəaliyyəti, analitik düşüncə tərzi və və strateji qərarvermə bacarığı onun bu vəzifəyə təyin olunmasına zəmin yaratmışdır.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra etmişdir. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Yuliya Pasternak seçilmişdir.
Müasir infrastruktura malik yollar Naxçıvanın əsas inkişaf göstəricilərindəndir
BDU-da Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılır