29 oktyabr 2025 16:30
98

SOCAR və "Qazprom" qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda işgüzar görüş keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" Rusiya şirkətinə istinadla xəbər verir.

"Tərəflər qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərini müzakirə ediblər", - "Qazprom"dan bildirilib.