29 oktyabr 2025 21:42
109

Onun da adı Şöhrət Zalına daxil edildi

Keçmiş “Çelsi” ulduzu Eden Hazard İngiltərə Premyer Liqasının Şöhrət Zalına seçilib. 

“İki sahil” xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger 2012–2019-cu illərdə London klubunun heyətində 245 oyuna çıxaraq 85 qol vurub və 57 məhsuldar ötürmə edib. “Çelsi” ilə iki dəfə İngiltərə çempionu olan Hazard, Şöhrət Zalına daxil edilən 26-cı futbolçu olub. 

Qeyd edək ki, bu ada yalnız karyerasını başa vurmuş futbolçu və ya məşqçilər layiq görülür.

Xatırladaq ki, 2019-cu ildə “Çelsi”dən 120 milyon avroya “Real”a transfer olunan Hazard İspaniyada gözlənilən səviyyədə çıxış edə bilməyib və karyerasını erkən başa vurub.