29 oktyabr 2025 21:26
106

Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

“İki sahil” xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşib.

"Sumqayıt" "Zaqatala"nı mübarizdən kənarlaşdırıb."Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.

Digər görüşdə "Qəbələ" "Mingəçevir"i qəbul edib və rəqibinə 5:1 hesabı ilə qalib gəlib.  "Şamaxı" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Bu gün həmçinin "Neftçi" MOİK-i qəbul edib. Görüş "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Zirə" ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

29 oktyabr (çərşənbə)

14:00. “Şimal” – “Şahdağ Qusar” - 0:2

Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu

14:00. “Xankəndi” – “Difai” - 1:2

Qollar: E.Quliyev, 45+2 - M.Musazadə, 61, B.Qurbanov, 71
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu

14:00. “Zaqatala” – “Sumqayıt” - 0:3

Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç, 85
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu

16:00. “Qəbələ” – “Mingəçevir” - 5:1
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Qəbələ şəhər stadionu

16:00. “Səbail” – “Şamaxı” - 0:1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”

19:00. “Neftçi” – MOİK - 6:2
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
“Palms Sports Arena”

28 oktyabr (çərşənbə axşamı)

“Göygöl” – “Bakı Sportinq” - 0:2

“Karvan-Yevlax” – “Şəki Siti” - 3:1

“Qaradağ Lökbatan” – “İmişli” - 2:3

“Cəbrayıl” – “Şəfa” - 0:3

“Kəpəz” – “Ağstafa Gəncləri” - 6:1

“Dinamo” – “Turan Tovuz” - 0:5

1/8 final cütləri

“Şamaxı” - “Bakı Sportinq”

“Qarabağ” - “Karvan-Yevlax”

“İmişli” - "Sabah"

“Qəbələ” - “Şəfa”

“Şahdağ Qusar” - "Turan Tovuz"

“Araz-Naxçıvan” - "Kəpəz"

“Difai” - “Sumqayıt"

“Zirə” - “Neftçi”