30 oktyabr 2025 22:57
146

Dünən festivalda idi, bu gün isə... - FOTO

 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.

“İki sahil” xəbər verir ki, İ.Rzayev ötən gün Balakəndə festivalda iştirak edibmiş.

Belə ki, rayonda ənənə halını alan Xurma festivalında dünən İslam Rzayev ağac əkib, müxtəlif kompozisiyalarla tanış olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O,  2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

Sabiq icra başçısının sonuncu festivalından fotoları təqdim edirik: