 
                    Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini 706 494 turist ziyarət edib.
“İki sahil” xəbər verir ki, bunu Palçıq Vulkanları Turizm Kompleksinə mediaur çərçivəsində jurnalistlərə açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
O qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,71% çoxdur: “9 ayda qoruq və mədəniyyət müəssisələrinə gələn yerli turistlərin sayı 159 171 nəfər, xarici turistlərin isə sayı 547 323 nəfər nəfər təşkil edib”.
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruq və mədəniyyət müəssisələrini ümumilikdə 706 494 nəfər ziyarət edib.
Onun sözlərinə görə, ziyarətçi sayı ötən ilin 9 ayı ilə müqayisədə 25,71 % artıb: "Ümumilikdə 547 323 nəfər (77,47 %) xarici, 159 171 nəfər (22,53 %) isə yerli turistlərdir. Qoruq və mədəniyyət müəssisələrinə gələnlər arasında xarici vətəndaşların payı əvvəlki illə müqayisədə 10 % çoxdur".
M.Ağabəyli əlavə edib ki, hesabat dövründə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ümumilikdə 226 434 nəfər ziyarət edib. Onlardan 204 078-i (90,13 %) xarici, 22 356-sı (9,87 %) isə yerli turist olub. "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu eyni dövrdə 198 167 nəfər ziyarət edib. Ziyarətçilərin 181 238-i (91,46 %) xarici, 16 929-u (8,54 %) isə yerli turistdir.
M.Ağabəyli bildirib ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğuna 140 691 nəfər baş çəkib. Onların 69 675-i (49,53 %) xarici, 71 016-sı (50,47 %) isə yerli turist olub. Palçıq Vulkanları Turizm Kompleksini 42 736 nəfər ziyarət edib. Onlardan 38 090-ı (89,12 %) xarici, 4 646-sı (10,88 %) isə yerli turistdir.
M.Ağabəylinin sözlərinə görə, "Kiş" Tarix-Memarlıq Qoruğunu isə 37 645 nəfər ziyarət edib. Bu rəqəmin 18 395-i (48,86 %) xarici, 19 250-si (51,14 %) isə yerli turistlərdir.
Orxan Vahidoğlu, "İki sahil"