31 oktyabr 2025 18:32
122

Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Monetri" BOKT MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 min manat və 10 min manat məbləğində cərimə edilib.