01 noyabr 2025 11:30
124

"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb

"TikTok"da avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən 27 yaşlı Yusif İslamov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Y.İslamov "aksesuar auto" adlı "TikTok" səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.