01 noyabr 2025 15:02
192

Bakı metrosunun keçidlərində NFC dəstəkləyən bank kartları ilə test rejimində ödəniş imkanı yaradılıb

Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.

“İki sahil” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında - "Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr"da - sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.

Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər "BakıKart" və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər", - deyə qeyd olunub.