Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, təmsilçimiz Niderland çempionu “Tigers Roermond” ilə qarşılaşacaq. Bu görüş qrup liderini müəyyənləşdirəcək. Bu qrupda 1-ci yeri tutan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, 2 oyundan sonra “Tigers Roermond”un 6, “Araz-Naxçıvan”ın isə 4 xalı var.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Muxtar Babayev: Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik
Azərbaycan və Özbəkistanın şahmat yığmaları arasında dünya çempionatına vəsiqə uğrunda görüşün açılışı olub