Tovuzda ev yanıb. Hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının tez müddətdə qarşısı alınıb. Yanğın zamanı 190 kvadratmetr sahəsi olan evin 70 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb. Evin digər qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Məlumata görə, yanğın zamanı ev sahibi evdə olmayıb.
AZƏRTAC
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq