Milli Məclisin deputatı Əminə Ağazadə 8 Noyabr—Zəfər Günü ərəfəsində şəhid ailələri ilə birlikdə tədbir keçirib.
“İki sahil” xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edildi, bu torpağın igid övladlarının Vətən savaşında şücaətindən, 44 günlük müharibədə bütöv xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən söhbət açıldı.
Səmimi şəraitdə keçən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdi. Tədbir zamanı şəhid ailələrinin qayğılarını dinlədim, bir çox məsələləri onlarla müzakirə etdim. Şəhid ailələrinin qaldırdıqları məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanacaqdır.
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq