03 noyabr 2025 13:47
140

BDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbirində iştirak edəcək

4–6 noyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində ali təhsil sahəsində Asiya-Sakit okean regionunun ən nüfuzlu beynəlxalq tədbirlərindən biri – “QS Higher Ed Summit: Asia Pacific 2025” keçiriləcək. Tədbirin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə iştirak edəcək. Üç gün davam edəcək sammitdə ali təhsildə müasir trendlər, bacarıqların inkişafı, elmi tədqiqatların gücləndirilməsi və universitetlərin gələcək nəsillərin bilik və bacarıqlarının inkişafı üçün şəraitin yaradılmasındakı rolu kimi mövzular müzakirə olunacaq.

Tədbir ali təhsildə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.