Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.
Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
Sumqayıt şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Asiya İnkişaf Bankı ilə sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib