05 noyabr 2025 11:55
87

ADY: Yağışın yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülür

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

ADY-dən "İki sahil"ə verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - məlumatda qeyd olunur.