AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşmasındakı oyunu ilə bağlı təbrik edib.
“İki sahil” xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. "Qarabağ" komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram", - R.Nəcəf yazıb.