Kürdəmirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon təşkilatı ilə birgə təşkil olunan tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən və qəhrəman oğullarımızın göstərdiyi şücaətdən bəhs edilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Astanada Beynəlxalq Forumda iştirak edir
Özəl Tibb Müəssisələri Assosiasiyası ali və orta təhsil müəssisələrində beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri keçirib