Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ramana qəsəbəsində seçilmiş ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra polis əməkdaşları və hərbi qulluqçular yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq