10 noyabr 2025 00:52
88

Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq

Türkiyədə təxminən 600 futbolçu matçlara qanunsuz mərc qoyuluşları ilə bağlı istintaq çərçivəsində dindirilməyə çağırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Türkiye” nəşri məlumat yayıb.

Məlumata görə, noyabrın əvvəlində Türkiyə Futbol Federasiyasının (TFF) intizam komitəsi bukmeker kontorlarında hesabı aşkarlanan 149 hakimi vəzifəsindən uzaqlaşdırıb. Məlum olub ki, həmin hakimlərdən 42-si oyunlara minə yaxın mərc qoyuluşu edib. Hazırda məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılır və futbolçuların da prosesə cəlb olunacağı bildirilib.