10 noyabr 2025 01:06
85

“Sevilya” satılır

İspaniyanın “Sevilya” futbol klubunun satışı prosesi getdikcə daha da intensivləşir.

“İki sahil”in AS nəşrinə istinadən yaydığı məlumata görə, danışıqların ilin sonuna qədər sürət qazanacağı və sövdələşmənin 2026-cı ilin əvvəlində yekunlaşacağı gözlənilir. Məlumata əsasən, bir neçə xarici investisiya fondu artıq klubu almaqda maraqlı olduğunu bildirib. Lakin satışın baş tutması üçün klubun əsas səhmdarları arasında uzun illərdir davam edən hakimiyyət mübarizəsinə son qoyulmalı, tərəflər arasında razılıq əldə edilməlidir. Potensial alıcını ciddi maliyyə öhdəlikləri gözləyir.

Klubun rəsmi açıqlamasına görə, borc təxminən 100 milyon avrodur, lakin bəzi mənbələr bu məbləğin 200 milyon avrodan çox olduğunu bildirir. Hazırda “Sevilya” klubuna Qixarro, Karriyon, Ales və Kastro ailələri nəzarət edir. Klubun prezidenti vəzifəsini Xose Mariya del Nido Karrasko icra edir.