Almaniya kansleri Fridrix Merts bildirib ki, federal hökumət və Avropa İttifaqı yeni tədbirlər üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Regional Heute" məlumat yayıb.
Merts qeyd edib ki, Almaniya son illərdə ehtiyatlarına həddindən artıq güvənib və bu ehtiyatlar hazırda tükənib: "İqtisadiyyatımızın bu ehtiyatları artıq tükənib və buna görə də ortaq bir məqsədimiz var: Almaniyanı biznes üçün həqiqətən rəqabətli bir məkana çevirmək istəyirik."
Noyabrın əvvəlində iqtisadiyyat naziri Ketrin Reyx Avropa İttifaqında sənaye istehsalının ardıcıl üçüncü ildir ki, azaldığını və Aİ ilə ABŞ arasında məhsuldarlıq fərqinin artmaqda davam etdiyini bildirib. Sentyabr ayında Fridrix Merts Almaniya iqtisadiyyatının uzun müddətdir güclü artım tempi göstərmədiyini və məhsuldarlığının arzuolunan səviyyədə olmadığını etiraf edib.
O, həmçinin bürokratiyaya qənaətin daha məhsuldar biznes sahələrinə yönəldilməli olduğunu qeyd edib.