Futbol üzrə Nigeriya milli komandasında ciddi böhran yaşanıb. Komandanın futbolçuları 2026- Dünya Çempionatının Afrika zonası pley-off yarımfinal oyunu ərəfəsində məşqə çıxmaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, komanda Rabatda (Mərakeş) toplanışda olarkən futbolçular və məşqçilər razılaşdırılmamış mükafatlar və ödənilməmiş haqlar səbəbilə məşqə çıxmayıblar. Əsas ulduzlardan Viktor Osimhen, Vilfrid Ndidi və Ademola Lukman da etiraz edən futbolçular arasında olub. İddialara görə futbolçular uzun müddətdir onlara verilməli olan bonus və ödənişləri ala bilməyiblər.
Bu borcların bəzilərinin 2019-cu ildən bəri yığıldığı bildirilir. Beləliklə, bu, uzun illərdir davam edən maliyyə probleminin nəticəsi kimi qiymətləndirilir. Hadisə komandanın hazırlıq prosesinə və psixoloji durumuna mənfi təsir göstərib.