13 noyabr 2025 12:06
111

Yeni başçını kollektivə Prezidentin köməkçisi təqdim etdi

Kürdəmirə təyin olunan yeni icra başçısı Elşən Həsənli kollektivə təqdim olunub.

“İki sahil” xəbər verir ki, icra başçısının təqdimatını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Həsənli ona göstərilən etimada görə minnətdarlıq edib.

Xatırladaq ki, noyabrın 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Elşən Həsənli Kürdəmir Rayon İcra Başçısı təyin edilib.