16 noyabr 2025 01:27
81

İmişlidə çınqıl karxanasında ölüm olub

İmişlidə çınqıl karxanasında bədbəxt hadisə baş verib.

Hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən zaman baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Report"