Ekvadorun mərkəzində avtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Risklərin İdarə Edilməsi Departamenti məlumat yayıb.
"Simiatuq qraflığında nəqliyyat vasitəsinin aşması nəticəsində ilkin məlumatlara görə 12 nəfər ölüb, 10 nəfər yaralanıb", - departamentin X səhifəsində bildirib.
"Expreso" qəzetinin məlumatına görə, avtobus yoldan çıxaraq dərin dərəyə yuvarlanıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib.
NATO: Rusiyanın yeni silah sistemləri Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir