Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin iclası keçiriləcək.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, Beştəpədə keçiriləcək iclasda 20 hərbçinin şəhid olduğu təyyarə qəzası, “Terrorsuz Türkiyə” prosesindəki son vəziyyət, Qəzzada humanitar vəziyyət müzakirə olunacaq.
Xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfərləri gündəmdə olacaq, Türkiyə-ABŞ-Suriya üçtərəfli görüşünün nəticələri araşdırılacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
NATO: Rusiyanın yeni silah sistemləri Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir