17 noyabr 2025 09:23
92

Tramp Rusiyanın tərəfdaşlarına qarşı sanksiya layihəsini dəstəklədi

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlıq edən bütün ölkələrə qarşı sanksiyaların tətbiqi haqqında qanun layihəsini dəstəkləyib.

“İki sahil”in "Reuters"ə istinadən verdiyi məlumata görə, o, sənədin Konqresdə baxılmaqda olduğunu dəqiqləşdirib.

"Rusiya ilə biznes aparan istənilən ölkə çox ciddi sanksiyalara məruz qalacaq", - deyə Donald Tramp jurnalistlərə bildirib.

ABŞ prezidenti əlavə edib ki, İranın iqtisadi tərəfdaşları da oxşar sanksiyalara məruz qala bilərlər. O, Konqresin sənədin müzakirəsi zamanı qanun layihəsinə Tehran ilə əməkdaşlığın qadağan edilməsini əlavə edə biləcəyini dəqiqləşdirib.