Vyetnamın Xanhoa əyalətində torpaq sürüşməsi nəticəsində 40 sərnişin daşıyan avtobus torpaq axını altında qalıb. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
“İki sahil” Vyetnam mediasına istinadla xəbər verir ki, Xanle keçidində hərəkətdə olan avtobusun üzərində qəfildən torpaq və qaya parçaları düşüb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.