18 noyabr 2025 12:11
98

Prezidentin Azərbaycan dili ilə bağlı irəli sürdüyü tələblər Milli Məclisin komissiyasında müzakirə olunacaq

Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Komissiyanın sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, müzakirələrdə Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan mütəxəssislərin və yazıçıların da iştirakı nəzərdə tutulur.