18 noyabr 2025 13:52
87

Basqalda "Dəmirçi Bazar" küçəsi yenidən qurularaq istifadəyə verilib

Basqaldakı bərpa işləri çərçivəsində qəsəbənin əsas küçələrindən biri – Dəmirçi Bazar küçəsi tam yenidən qurulub və istifadəyə verilib.

"İki sahil"in Basqala ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, küçədə həm yol örtüyü, həm də tarixi memarlıq elementləri bərpa olunub: "Dəmirçi Bazar küçəsində döşəmə daşları tamamilə yenilənib, tarixi divarlar restavrasiya edilib. Hazırda küçə tam istifadəyə verilib və turistlərin rahat hərəkəti üçün zəruri şərait yaradılıb".

Sədr vurğulayıb ki, bərpa zamanı orijinal memarlıq üslubuna maksimum sadiqlik təmin olunub: "Dəyişdirilmiş divarların strukturu tarixi formaya uyğunlaşdırılıb, küçə boyunca işıqlandırma sistemi yenilənib. Məqsəd Basqalın ənənəvi görünüşünü qoruyaraq müasir infrastrukturla uzlaşdırmaqdır".