18 noyabr 2025 15:18
418

Son 11 ayda Türkiyədən ölkələrinə geri qayıdan suriyalı qaçqınların sayı...

2024-cü il dekabrın 8-dən indiyədək Türkiyədən Suriyaya 550 mindən çox qaçqın qayıdıb.

“İki sahil” "A Haber"ə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyədə yerləşmiş suriyalı qaçqınların sayı son 5 ildə 25,8 faiz azalıb.