18 noyabr 2025 18:50
101

Zəngilanda dairəvi suvarma sistemlərinə və heyvandarlıq kompleksinə baxış keçirilib

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan rayonundakı "Dost Agro Park"a aid əkin sahələrindəki dairəvi (pivot) suvarma sistemlərinə, həmçinin həmin parkın heyvandarlıq kompleksinə baxış keçiriblər.

Xatırladaq ki, bu gün Zəngilanda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.

Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri bir sıra obyektlərə baxış keçirib, görülən işlərlə tanış olublar.