Rusiya müharibənin 1364-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 97 303 PUA-sı, 636 zenit-raket kompleksi, 26 086 tank və digər zirehli texnikası, 1 613 reaktiv yaylım atəş sistemi, 31 381 artilleriya və minaatanı, 46 993 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.