19 noyabr 2025 08:45
92

ABŞ müttəfiqləri ilə birgə Ukrayna ilə bağlı yeni plan müzakirə etməyə başlayıb

Vaşinqton administrasiyası ABŞ-ın Avropa müttəfiqləri və Kiyevlə Ukraynadakı münaqişənin həlli üçün yeni bir planı müzakirə etməyə başlayıb və bu plan Amerika tərəfi tərəfindən Rusiya ilə məsləhətləşmələr əsasında hazırlanır.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios portalı məlumat yayıb.

ABŞ-dakı rəsmi mənbəsinin məlumatına əsasən, Ağ Ev "yeni plan barədə Avropa rəsmilərini, eləcə də ukraynalıları məlumatlandırmağa başlayıb". Mənbə vurğuıayıb ki, Vaşinqton administrasiyası Avropa ölkələrindən və Kiyevdən plana dəstək almaq üçün "real fürsət" görür.

"Biz hesab edirik ki, indi bu plan üçün əlverişli zamandır. Hər iki tərəf praktik və real yanaşma tətbiq etməlidir", - deyə ABŞ rəsmisi əlavə edib.