19 noyabr 2025 13:08
97

Mikayıl Cabbarov: Son 7 ildə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 12 faizə yaxın artıb

Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3 faizdən 70,2 faizə yüksəlib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verilib, 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib. 2019-2025-ci illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58,3 faizdən cari ilin son tarixinə 70,2 faizə yüksəlib.