20 noyabr 2025 20:32
72

Sabunçuda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb

Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı K.Ə və 16 yaşlı V.Q-ni saxlayıblar. Məzarların üzərindən oğurlanan gitara, hərbi çəkmə və hərbi dəbilqə aşkarlanaraq şəhid ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.