Ukraynalı müdafiəçilər Pokrovsk şəhərinin mərkəzində mövqelərini qoruyub saxlayırlar və Rusiya hərbçilərini dəmiryol vağzalı, pedaqoji texnikum və “Sobornı” meydanı ətrafındakı ərazilərdən təmizləyiblər. Ruslar şəhərdə möhkəmlənə bilmirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 7-ci Hava Desant Hücum Korpusu teleqram kanalında məlumat yayıb.
"Ukrayna müdafiə qüvvələri düşməni saxlayır və Pokrovskda rusları məhv etmək üçün axtarış-zərbə əməliyyatları aparır. Şəhərin mərkəzində mövqelərimiz qorunur, atışmalar davam edir, düşmən mövqe tuta bilmir", - Hava Desant Hücum Korpusu bildirib.
Hücum qrupları 7-ci Hava Desant Hücum Korpusunun məsuliyyət bölgəsindəki digər bölmələrlə əməkdaşlıq edərək, şəhərin mərkəzində düşməni məhv etmək üçün yerləşdirilməyə davam edir.
Qeyd olunur ki, bu, şəhərin şimal hissəsində Rusiya ordusunun öz qüvvələrini artırmaq cəhdlərinin qarşısını almağa imkan verib. Dəmir yolu ilə şəhərin şimal hissəsinə keçmək cəhdləri Rusiya ordusunun maksimum itki verməsinə səbəb olur.
Xatırladaq ki, Pokrovsk şəhəri uzun müddətdir Donetsk vilayətində döyüşlərin mərkəzi olub. Rusiya əlverişsiz hava şəraitindən, xüsusən də sıx dumandan istifadə edərək Donetsk vilayətinin Pokrovsk şəhərinə nüfuz ediblər. Hazırda şəhərdə 300-dən çox rus hərbçisi var.