24 noyabr 2025 15:33
85

Putin sabah bu ölkəyə gedir

Rusiya Prezidenti Vladimir Putin noyabrın 25-27-də Qırğızıstana dövlət səfəri edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip bildirib.

Onun sözlərinə görə, səfər Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutacaq və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm hadisə olacaq.