Oktyabr ayında "Tesla"nın Aİ-dəki satışları 48% azalıb ki, bu da bütün avtomobil istehsalçıları arasında ən pis göstəricidir.
“İki sahil” xəbər verir ki, bu məlumatlar Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında yer alıb.
Oktyabr ayında "Tesla" Aİ-də cəmi 5647 elektrik avtomobili satıb və İlon Maskın şirkətinin bazar payı 1,3%-dən 0,6%-ə düşüb. Ən yüksək həddə, 2024-cü ilin sentyabrında bu rəqəm 3,9% olub.
Bu arada, bütün Aİ avtomobil bazarı ardıcıl dördüncü aydır ki, böyüməyə davam edir. Oktyabr ayında regionda satışlar illik müqayisədə 5,8% artaraq 916.600 avtomobilə çatıb. Oktyabr ayında Aİ-də təmiz elektrik avtomobillərinin satışları illik müqayisədə 38,6% artıb.