Belarus prezidenti Aleksandr Lukaşenko Vilnüsün Belarus-Litva sərhədini bağlaması qərarını "siyasi axmaqlıq" adlandırıb.
“İki sahil” BelTA-ya istinadla xəbər verri ki, o, bu açıqlamanı Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçlə görüşdə verib.
Aleksandr Volfoviç onun tapşırığı ilə Litva ilə sərhəd bağlandıqdan sonra Belarusda qalan yük maşını sürücüləri ilə görüşüb.
"Litva yük maşını sürücüləri nədə günahkardırlar? Heç nədə. Bu, siyasi axmaqlıq idi", - BelTA Lukaşenkonun sözlərini sitat gətirib.
O, mövcud vəziyyətin hər iki ölkənin xarici işlər nazirlikləri tərəfindən həll edilməli olduğunu vurğulayıb.
29 oktyabrda Litva hökuməti Belarusla avtomobil sərhədini bir ay müddətinə tamamilə bağladığını elan edib. Belarus buna cavab olaraq Litvadan yük maşınlarının hərəkətini məhdudlaşdırıb.