25 noyabr 2025 18:18
82

Ukraynada sülh əldə olunacağı təqdirdə...

Sülh haqqında razılaşma əldə olunacağı təqdirdə Zaporojye Atom Elektrik Stansiyasına (AES) xüsusi status və Rusiya ilə Ukrayna arasında əməkdaşlıq sazişi tələb olunacaq.

“İki sahil” "The Guardian"a istinadla xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

"Rusiya və Ukrayna nəticə etibarilə əməkdaşlıq haqqında saziş hazırlamalı və ya mehriban qonşuluq münasibətləri atmosferi yaratmalıdırlar", - o qeyd edib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra AES 2022-ci ilin fevralında Rusiyanın nəzarətinə keçib.