Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edib.
“İki sahil” Azərbaycanın Türkiyədəki səfirliyinə istinadla xəbər verir ki, görüşdə həmçinin ikitərəfli məsələlər barədə danışılıb.