25 noyabr 2025 23:36
72

Rusiya Ukraynanın itkilərini açıqladı - 1371-ci gün

Rusiya müharibənin 1371-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 98 697 PUA-sı, 638 zenit-raket kompleksi, 26 247 tank və digər zirehli texnikası, 1 620 reaktiv yaylım atəş sistemi, 31 538 artilleriya və minaatanı, 47 635 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.